Neft sektoruna investisiyaların azalması "OPEC+"un hasilat gücünü azaldıb

Neft sektoruna investisiyaların azalması
17 Yanvar-11:42

"Neft sektoruna investisiyaların azalması "OPEC+"un hasilat gücünün gündəlik 3,7 milyon barel azalmasına səbəb olub".

"Margin.az" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd Fərəc Əl Məzrui bildirib.

"OPEC+" ölkələri dünya neftinin 40%-ə qədərini istehsal edir. Sənayenin maliyyələşdirilməsində yaranan problemlər nəticəsində bu enerji xammalının da qiymətində artımların olacaq. Enerjiyə tələbat artacaq və investisiya çatışmazlığı səbəbilə tələb və təklif arasındakı fərq artacaq", - o, vurğulayıb.