“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyaya bu günə qədər 68 milyon dollar investisiya yatırıb”.
“Margin.az” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov deyib.
O bildirib ki, hazırda Rumıniyada SOCAR-ın 729 işçisi var: “Şirkətin orada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu mövcuddur”.