Sahibkarlığın İnkişafı Fondu tərəfindən ötən il "La Ran" MMC də güzəştli kredit əldə edib.
"Margin.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, Fondun 300 min manat güzəştli kredit ayırdığı şokolad istehsalı layihəsi Lənkəranda icra olunacaq.
La Ran MMC də ötən il Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən #güzəştlikredit əldə etmiş müəssisələrdən biridir. Fondun 300 min ₼ güzəştli kredit ayırdığı şokolad istehsalı layihəsi Lənkəranda icra olunacaq.#EconomyAz #SİF pic.twitter.com/XpXWmzaI91
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 1, 2023