Şolz: “Almaniya Ukraynanın qaz üçün tranzit ölkə olaraq qalmasını müdafiə edir”

Şolz: “Almaniya Ukraynanın qaz üçün tranzit ölkə olaraq qalmasını müdafiə edir”
07 Dekabr-15:48

Almaniyanın yeni hökuməti Ukraynanın qaz tranziti ölkə statusu ilə bağlı mövqeyini qoruyacaq.

"Margin.az" xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniyanın gələcək kansleri Olaf Şolz koalisiya sazişinin imzalanmasından sonra bildirib.

“Biz Ukraynanın qaz üçün tranzit ölkə kimi qalmasının tərəfdarı idik, buna da davam etdirəcəyik”- o, deyib.