Sosial sığorta haqları üzrə daxilolmalar 10% artıb

Sosial sığorta haqları üzrə daxilolmalar 10% artıb
09 Sentyabr-10:01

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə bu ilin yanvar-avqust aylarında 226,6 mln. manat və ya 10% artıb.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,9 mln. manat və ya 5,4%, qeyri-büdcə təşkilatlarında isə 141,2 mln. manat və ya 9,9% artım qeydə alınıb.