"S&P" ABŞ-ın iqtisadi böyümə proqnozunu yüksəldib

26 İyun-15:25

"Standard and Poors" beynəlxalq reytinq agentliyi ABŞ-ın bu il üçün böyümə proqnozunu 6,5%-dən 6,7%-ə yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə agentlik məlumat açıqlayıb.

"S&P" ABŞ-ın gələn il üçün böyümə proqnozunu 3,1%-dən 3,7%-ə yüksəldib. Bundan əlavə, Federal Ehtiyatlar Sistemi 2023-cü ilin birinci və üçüncü rübündə, həmçinin 2024-cü ildə də iki faiz artımı gözləyir.

Agentliyin məlumatına görə, Ştatda COVID-19 pandemiyasına qarşı vaksinasiyanın sürətli tətbiqi və 2,8 trilyon dollarlıq maliyyə paketi ABŞ-ın bu il və gələn il iqtisadi bərpasına səbəb olacaq. Bundan əlavə, ölkədə işsizlik nisbəti 2023-cü ilin birinci rübünə qədər 4%  səviyyəsinə çatacaq.