"S&P": Almaniya iqtisadiyyatı tənəzzülə üzləşəcək

25 Sentyabr-10:15

"Standard & Poors" (S&P) beynəlxalq reytinq agentliyi Almaniyanın uzun və qısamüddətli xarici valyutada və yerli valyutada kredit reytinqini "AAA/A-1+" olaraq təsdiqləyib.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentlik ölkənin kredit reytinqi proqnozunu isə "stabil" olaraq saxlayıb. Məlumata görəç Almaniya iqtisadiyyatı qarşıdakı bir neçə ay ərzində tənəzzülə doğru irəlliyəcək və real ümumi daxili məhsul (ÜDM) 2023-cü ilə qədər 0,3% azalacaq.