S&P: “Azərbaycanın neft və qaz ixracı ümumi ixracının 90%-ni təşkil edir”

S&P: “Azərbaycanın neft və qaz ixracı ümumi ixracının 90%-ni təşkil edir”
22 Yanvar-12:17

Azərbaycanın bu il neft hasilatı gündəlik 770 min barel təşkil edəcək.

"Margin.az" xəbər verir ki, bu barədə "S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə neft hasilatı azalaraq 2025-ci ildə gündəlik 750 min barelə enəcək. 

Azərbaycanda gündəlik xam neft hasilatı 597,1 min barel olub

EIA: “Azərbaycanda neft hasilatı 10 min barel azalacaq”

Hasilatın saxlanılması və ya artırılması mövcud neft yataqlarına əlavə sərmayələr tələb edəcək, lakin onların edilib-edilməyəcəyi isə hələ ki bəlli deyil. Bundan əlavə, Azərbaycanın 2010-2021-ci illər arasında neft hasilatı 30%-ə yaxın azalaraq gündəlik 1 mln. bareldən təxmin edilən 740 min barelə enib.

Hesabata əsasən, Azərbaycanın neft və qaz ixracı ümumi ixracın təxminən 90%-ni və ÜDM-nin isə 50%-ni təşkil edir.