S&P: "Bazar şərtləri İslam istiqrazlarının verilməsini dəstəkləyəcək"

S&P:
06 İyul-10:59

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bazar şərtlərinin bu ilin ikinci yarısında İslam istiqrazlarının (sukuk) verilməsinə dəstək olacağını proqnozlaşdırır.

"Margin.az" xəbər verir ki, bu barədə agentlik açıqlayıb.

Məlumata görə, bu ilin ikinci yarısında aşağı faiz dərəcələri və bazar şərtləri sukuk emissiyası üçün dəstək olacaq. Agentlik ölkələrin əksəriyyətinin vaksinasiya olacağını və bu il üçün neftin bir barelinin qiymətinin təxminən 65 dollar səviyyəsində qalacağını proqnozlaşdırır.

Açıqlamada ötən il 139,8 milyard dollar olan sukuk emissiyasının bu il 140 ilə 155 milyard dollar aralığında olacağı gözlənilir. Malayziya və Səudiyyə Ərəbistanındakı emissiyalar hesabına bu ilin ilk yarısında sukuk emissiyasının 90,6 milyard dollar olduğu bildirilib.