S&P: “Enerji, ərzaq qiymətlərinin bahalaşması və işsizlik səviyyəsinin artması sosial bərabərsizliyə səbəb olacaq”

S&P: “Enerji, ərzaq qiymətlərinin bahalaşması və işsizlik səviyyəsinin artması sosial bərabərsizliyə səbəb olacaq”
14 Oktyabr-16:42

Enerji, ərzaq qiymətlərinin bahalaşması və işsizlik səviyyəsinin yüksəlməsi Cənubi Amerika başda olmaqla, bəzi inkişaf etməkdə olan ölkələrdə sosial bərabərsizliyə səbəb olacaq.

"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi "Standard & Poors" (S&P) məlumat yayıb.

Məlumata görə, artan enerji qiymətləri inkişaf etməkdə olan ölkələrdə mərkəzi banklar üçün çətinliklər yarada bilər.

S&P enerji qiymətlərinin artması səbəbilə inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın uzun müddət mərkəzi banklar tərəfindən gözləniləndən daha yüksək ola biləcəyini açıqlayıb: "Yüksək enerji qiymətləri əksər inkişaf etməkdə olan iqtisadiyyatların ticarəti üçün mənfi haldır. Rusiya, Səudiyyə Ərəbistanı və Kolumbiya istisna olmaqla, inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyəti enerji məhsullarının xalis idxalçılarıdır. Xalis idxalçılar üçün daha yüksək enerji qiymətlərinin inflyasiyaya təsiri daha da arta bilər".