"S&P" Fransanın proqnozunu mənfiyə endirib

05 Dekabr-18:21

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Fransanın "AA" səviyyəsində suveren reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, Fransa iqtisadiyyatında yavaşlama, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək. Agentlik ölkənin gələn il üçün iqtisadi artım proqnozunu 1,7%-dən 0,2%-ə endirib. Qurum Fransa iqtisadiyyatının bu il 2,5%, 2024-cü ildə isə 1,6% böyüyəcəyini proqnozlaşdırıb.