"S&P Global Ratings"  Azərbaycan üzrə proqnozunu açıqlayıb

24 İyul-10:01

Beynəlxalq reytinq agentliyi olan  "S&P Global Ratings" xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB +/B" səviyyəsində təsdiqləyib. 

"Margin.az" reytinq agentliyinə istinadən xəbər verir ki, agentlik  Azərbaycan üzrə proqnozunu "stabil" saxlayıb.

Azərbaycan üzrə agentlik tərəfindən yeni hesabat hazırlanmayıb və reytinqin əsas drayverləri yanvar ayında dərc olunmuş icmaldakı kimi eyni qalıb.

Əlavə edək ki, "S&P" yanvar hesabatında Azərbaycan üzrə reytinq proqnozunu “mənfi” -dən “stabil” ə dəyişib. Bunu isə Qarabağ müharibəsinin bitməsi və üçtərəfli atəşkəs razılaşmanın imzalanması nəticəsində ölkədə ümumi təhlükəsizliyin, maliyyə sektorunun və tədiyə balansının risklərinin azalması ilə əsaslandırmışdı.