"S&P" Rusiya iqtisadiyyatının böyümə proqnozunu yüksəldib

28 İyun-14:39

"Standard and Poors" beynəlxalq reytinq agentliyi Rusiya iqtisadiyyatının artım proqnozunu 3,3%-dən 3,7%-ə yüksəldib.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd olunub.

Məlumata görə, ölkə iqtisadiyyatının gələn il 2,5%, 2023-cü ildə 2%, 2024-cü ildə isə 2% artacağı gözlənilir. Rusiya iqtisadiyyatı ötən il 3% azalıb. Agentlik inflyasiyanın bu il 5,7%, 2022-ci ildə 4,1%, 2023 və 2024-ci ildə isə 4% olacağını proqnozlaşdırır.

Analitiklərin fikrincə, genişləndirilmiş güzəştli ipoteka kreditləşmə proqramı mənzil bazarında tələbi dəstəkləyəcək. Bundan əlavə, "OPEC +" müqaviləsi çərçivəsində tədarük məhdudiyyətlərinin ləğvi bu il və gələn il neft ixracında artıma səbəb olacaq.