"S&P": "Rusiyada bank sektorunun xalis gəliri gözləntilərdən daha yüksək ola bilər"

30 İyul-16:20

Rusiya banklarının mənfəəti bu il təxminən 2-2,2 trilyon rubla çata bilər.

"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "S&P"nin yaydığı məlumatda qeyd olunub.

"2021-ci ildə bank sektorunun xalis gəliri əvvəlcədən gözləniləndən 30% yüksək ola bilər və bu rəqəm təxminən 2,2-2,2 trilyon rubla (təxminən 30 milyard dollar) çatacaq"-deyə bildirilib.

Məlumata görə, gəlirlərin artması bank sisteminin göstəricilərinin və Rusiya iqtisadiyyatının yaxşılaşması ilə əlaqədardır.

"S&P"nin proqnozlarına görə, 2021 -ci ildə Rusiyada ÜDM artım tempi 3,7% təşkil edəcək.