"S&P" Türkiyənin iqtisadi böyümə proqnozunu yüksəldib

29 İyun-11:48

"Standard and Poors" beynəlxalq reytinq agentliyi Türkiyə üzrə iqtisadi artım proqnozunu 3,6%-dan 6,1%-ə yüksəldib

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı agentlik açıqlayıb.

Məlumata görə, Türkiyə iqtisadiyyatının gələn il 3,3%, 2023-cü ildə isə 3,1% böyüyəcəyi gözlənilir Ölkədə işsizlik səviyyəsinin bu il 13%, gələn il 12.2%, 2023-cü ildə isə 11.2% olacağı gözlənilir. Bundan başqa, agentlik Türkiyədə inflyasiyanın bu il 15.3%, gələn il 11.3%, 2023-cü ildə isə 9.6% olacağını proqnozlaşdırır.