"Standard & Poors" (S&P) beynəlxalq reytinqi agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "CCC+"dan "CCC" səviyyəsinə endirib.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat açıqlayıb.
- “Standard & Poors”: Müharibə səbəbilə qlobal iqtisadiyyat kiçiləcək
-
"S&P" Ukraynanın reytinqini yüksəldib
Məlumata görə, Ukraynada davam edən müharibə ilə bağlı qeyri-müəyyənlik səbəbilə ölkə borcları xarici valyutada deyil, qrivna ilə ödəmək imkanına malikdir.
Suveren kredit reytinqi dövlətin öz maliyyə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmək qabiliyyətini göstərir. Eyni zamanda, "CCC" reytinqi o deməkdir ki, hazırda emitentin borc öhdəliklərini yerinə yetirə bilməyəcəyi riskləri mövcuddur. Bu, böyük ölçüdə kommersiya, maliyyə və iqtisadi şəraitdən asılıdır.