"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Ukraynanın uzunmüddətli və qısamüddətli xarici valyutada suveren kredit reytinqini "SD/SD" səviyyəsindən "CCC+/C"ə yüksəldib.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Agentlik restrukturizasiya olunmuş xarici valyuta istiqrazlarının uzunmüddətli emissiya reytinqini isə "D" səviyyəsindən "CCC+"ə yüksəldib. Bildirilib ki, ölkənin uzunmüddətli reytinqlər üzrə proqnozu "stabil"dir.