“Standard & Poors”: Türkiyə iqtisadiyyatı 8,6% böyüyəcək

“Standard & Poors”: Türkiyə iqtisadiyyatı 8,6% böyüyəcək
28 Sentyabr-15:49

“Standard & Poors” beynəlxalq reytinq agentliyi bu il üçün Türkiyənin iqtisadi artım proqnozunu 6,1%-dən 8,6%-ə yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə şirkətin "Avropa, Orta Şərq və Afrika Regionunun 4-cü rüb 2021" hesabatında qeyd olunub.

Məlumata görə, ölkədə iqtisadi artım inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının güclü böyüməsi ilə əlaqəlidir.

"S&P" hesabatında, beynəlxalq turizm sektorunun yay aylarında sürətlə canlandığı qeyd olunub. Reytinq agentliyi Türkiyənin gələn il 3,3% böyüyəcəyini proqnozlaşdırır.

Əlavə edək ki “Standard & Poors” Polşanın bu il üçün iqtisadi böyümə proqnozunu 4,5%-dən 5,1%-ə, Rusiyanın 3,7%-dən 4%-ə, Cənubi Afrikanın 4,2%-dən 4,6%-ə yüksəldib.