“Standard & Poors” beynəlxalq reytinq agentliyi bu il Türkiyədə inflyasiyanın 17,3% olacağını proqnozlaşdırır.
"Margin.az" xəbər verir ki, bu barədə şirkətin "Avropa, Orta Şərq və Afrika Regionunun 4-cü rüb 2021" hesabatında qeyd olunub.
Hesabatda Türkiyədə inflyasiyanın 2022-ci ildə isə 12% olacağı qeyd olunub. Agentlik bildirib ki, Avropanın inkişaf etməkdə olan ölkələrində inflyasiya artmağa davam edir və inflyasiya ilə mərkəzi bankların hədəf səviyyələri arasındakı fərq böyüməyə davam edir.