"Stellantis" şirkəti Rusiyadan 3 qitəyə avtomobil ixrac edəcək

20 İyul-15:54

"Peugeot" və "Fiat Chrysler Automobiles" şirkətlərinin birləşməsi olan "Stellantis" qrupu Rusiyadan Avropaya, Şimali Afrikaya, Latın Amerikasına tədarük üçün ixrac mərkəzi yaradıb.

"Margin.az" "Tass"a  istinadən xəbər verir ki, bu ilin ikinci yarısından etibarən şirkət Rusiyadan həmin ərazilərə  avtomobil və mühərrik ixrac edəcək.

Bundan əlavə, noyabr ayından etibarən şirkət "Peugeot Expert", "Opel Vivaro" və "Citro n Jumpy" avtomobillərinin ixracına da başlamağı planlayır.