OPEC ölkələri "OPEC+" öhdəliklərini 174% yerinə yetirib

OPEC ölkələri
14 Dekabr-18:48

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ay gündəlik neft istehsalını oktyabr ayı ilə müayisədə 744 min barel azaldaraq 28,83 milyon barelə endirib.

Bu barədə "Margin.az" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, OPEC ölkələri "OPEC+" razılaşması çərçivəsində öhdəliklərini 174% yerinə yetirib. Bildirilib ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.