OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ay gündəlik neft istehsalını 91 min barel artıraraq 28,97 mln. barelə çatdırıb.
Bu barədə "Margin.az" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
- OPEC: "OPEC+ sazişi qlobal neft bazarının inkişafında əsas rol oynayır"
- OPEC neft tələbi ilə bağlı proqnozunu endirib
Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması çərçivəsində öhdəliklərini 167% yerinə yetirib.
Əlavə edək ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.