Şuşada əmlakların qiymətləndirilməsinə 410 min manat xərc çəkiləcək

Şuşada əmlakların qiymətləndirilməsinə 410 min manat xərc çəkiləcək
22 Sentyabr-10:32

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Margin.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Real Prays" MMC olub.

Məlumata görə, qalib şirkətə 410 min manat ödəniləcək.