Təbii fəlakətlər nəticəsində bu il sığorta şirkətlərinin itkiləri 115 milyard dollara çatıb. Bununla da artıq ikinci ildir ki, sığorta şirkətlərinin itkiləri 100 milyard dolları ötüb.
"Margin.az" "Financial Times"a istinadən xəbər verir ki, bu barədə İsveçrənin "Swiss Re" təkrarsığorta şirkəti məlumat yayıb.
- Təbii fəlakətlər qlobal iqtisadiyyata nə qədər ziyan vurub?
-
Təbii fəlakətlər qlobal iqtisadiyyata 5,6 trilyon dollar ziyan vura bilər
Məlumata görə, iqlim dəyişikliyi, şəhər infrastrukturunun inkişafı və təbii fəlakətlərə meyilli ərazilərdə tikinti işləri dəymiş ziyanın miqdarının artmasına səbəb olub.
Əlavə edək ki, ötən il təbii fəlakətlər nəticəsində sığorta şirkətlərinin itkiləri 111 milyard dollar olub.