Təbii fəlakətləri ABŞ iqtisadiyyatına nə qədər ziyan vurub?

ABŞ-da avqust ayında baş verən İda qasırğası bu il ən çox - 64,5 milyard dollar ziyan vuran fəlakət olub.
Təbii fəlakətləri ABŞ iqtisadiyyatına nə qədər ziyan vurub?
13 Oktyabr-11:19

ABŞ-da bu il baş verən 18 təbii fəlakət ölkə iqtisadiyyatına təxminən 105 mlrd. dollar ziyan vurub.

"Margin.az" xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer İdarəsinin (NOAA) hesabatında qeyd olunub.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə baş verən hər bir fəlakət ən az 1 milyard dollar ziyan vurub. ABŞ-da avqust ayında baş verən İda qasırğası bu il ən çox - 64,5 milyard dollar ziyan vuran fəlakət olub.

Hesabata əsasən, ABŞ-da ötən il 22 təbii fəlakət baş verib ki, bu da iqtisadiyyata 100,4 milyard dollara yaxın ziyan vurub.