"Tesla" Çindən 107 min 293 avtomobilini geri çağıracaq.
"Margin.az" xəbər verir ki, bu barədə Çinin Bazara Nəzarət üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Məlumata görə, buna səbəb mərkəzi sensor ekrandakı nasazlıq səbəbilə yarana biləcək təhlükəsizlik problemləri olub.
Əlavə edək ki, geri çağırılma ötən ilin oktyabrın 19-dan bu ilin aprelin 26-dək Çində istehsal olunan "Model 3" və "Model Y" avtomobillərini əhatə edəcək.