Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 3%-dən çox artıb

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 3%-dən çox artıb
20 İyun-16:40

Azərbaycan və Gürcüstan arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin ilk 5 ayı ilə müqayisədə 3,05% artaraq 390 milyon 614 min dollara çatıb. 

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanın Gürcüstana ixracı 0.43% azalaraq 347 milyon 134 min dollar olub.

Məlumata görə, yanvar-may ayları ərzində Azərbaycanın Gürcüstandan idxalı 43.1% artaraq 43 milyon 479 min dollara çatıb.