Yaponiyanın "Toyota" şirkəti ötən il təxminən 10,5 milyon ədəd avtomobil sataraq, artıq üçüncü ildir ki, dünyanın ən çox avtomobil satan istehsalçısı olub.
"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.
Beləliklə, "Toyota"dan sonra ötən il ən çox avtomobil satan şirkət Almaniyanın "Volkswagen" şirkəti olub. Qrupun yük avtomobili bölməsi "Hino Motors" və kiçik avtomobil istehsalçısı "Daihatsu" da daxil olmaqla qlobal satışlar 0,1% azalıb.
"Toyota"nın cari maliyyə ili üçün istehsal proqnozu 9,2 milyon ədəddir.