"Toyota"nın hibrid avtomobili Türkiyədə istehsal olunacaq

30 Yanvar-11:11

Kənar mənbələrdən də enerji yığa bilən model olan yeni "Toyota C-HR" dünyada ilk dəfə Türkiyədə "Toyota Automotive Industry Turkey" tərəfindən istehsal ediləcək.

"Margin.az" xəbər verir ki, bu barədə "Toyota Automotive Industry Turkey" şirkəti məlumat yayıb.

Məlumata görə, Sakaryada istehsal olunacaq yeni "C-HR" üçün 317 milyon avroluq əlavə sərmayə ilə "Toyota"nın Türkiyəyə ümumi investisiyası 2,3 milyard avroya çatacaq.

Əlavə edək ki, yeni "C-HR" modelinin "Toyota"nın 2025-ci ilə qədər Avropada 1,5 milyon avtomobil satmaq hədəfinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.