TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 30% artıb

TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 30% artıb
19 Fevral-13:48

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 2022-ci ildə daşınmış yüklərin həcmi 51 420,6 min ton, yük dövriyyəsi isə 12 648,9 milyon ton-km olub.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 29,8% və 31,9% çoxdur.

Məlumata görə, ötən il yüklərin 27 966,8 min tonu və yaxud 54,4%-i avtomobil nəqliyyatı, 16 841,2 min tonu və yaxud 32,7%-i dəmir yolu nəqliyyatı, 6 612,6 min tonu və yaxud 12,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

Əlavə edək ki, dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 %-ni və yaxud 13 634,6 min tonunu tranzit yüklər təşkil edib.