Türkiyə Azərbaycandan qaz idxalını 23%-dən çox artırıb

Türkiyə Azərbaycandan qaz idxalını 23%-dən çox artırıb
01 Fevral-11:46

Türkiyənin ötən ilin noyabr ayında Azərbaycandan qaz idxalı 23,4% artaraq 749 milyon kubmetr olub.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu məlumat yayıb.

Hesabat dövründə Türkiyənin ümumi qaz idxalı 2021-ci ilin noyabr ayı ilə müqayisədə 18,3% azalaraq təxminən 4 milyard 123 milyon kubmetr olub.

Türkiyə ötən ilin noyabr ayında ən çox təbii qaz idxalını 857 milyon kubmetrlə İrandan, 749 milyon kubmetrlə Azərbaycandan, 746 milyon kubmetrlə Rusiyadan edib. İrandan təbii qaz idxalı 7,6% artıb, Rusiyadan idxal isə 53,8% azalıb.

Bu dövrdə boru kəmərləri ilə təbii qaz idxalı təxminən 22,1%, LNG idxalı isə 12,7% azalıb.