Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk toplantısı keçirilib

Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk toplantısı keçirilib
23 Oktyabr-15:49

İstanbulda oktyabrın 23-də Türkiyə-Azərbaycan Birgə Media Platformasının ilk toplantısı keçirilib.

“Margin.az” “Anadolu”ya istinadən xəbər verir ki, media platformasının toplantısı Türk Şurasının “Əsas keçmiş, güclü gələcək” mövzusunda üç günlük media forumu çərçivəsində təşkil olunub.

Müzakirələrdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi iki qardaş ölkənin nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə əməkdaşlıq yollarının inkişafı və dezinformasiya axını ilə mübarizə üçün addımların əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Fahrettin Altun xatırladıb ki, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının yaradılması ilə bağlı razılaşma ötən ilin dekabrın 10-da əldə olunub və müvafiq memorandum prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanıb.