Türkiyə Azərbaycandan qaz alışını artırdı

Türkiyə Azərbaycandan qaz alışını artırdı
06 Oktyabr-15:15

Türkiyənin bu ilin iyul ayında Azərbaycandan təbii qaz idxalı 31,5% artaraq 710 milyon kubmetr təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun iyul ayı üzrə "Təbii Qaz Bazarı Sektoru Hesabatı"nda qeyd olunub.

Məlumata görə, iyul ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni ayına görə 15,7% azalaraq təxminən 3 milyard 411 milyon kubmetr olub. Hesabat dövründə ən çox təbii qaz idxalı 1 milyard 448 milyon kubmetrlə Rusiyadan, 870 milyon kubmetrlə İrandan, 710 milyon kubmetrlə Azərbaycandan olub. Bu dövrdə Rusiyadan idxal 37,2% azalıb, İran və Azərbaycandan qaz idxalı isə müvafiq olaraq 37,5% və 31,5% artıb.