Türkiyə dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən biridir

Türkiyə dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən biridir
07 Dekabr-19:15

Türkiyə dünya üçün tranzit mərkəzi olmaq potensialına malikdir və 2002-ci ildən aviasiya siyasəti çərçivəsində bu potensialın reallaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.

"Margin.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, aviasiya sektoruna sərmayə qoyuluşu və bu sahədə aparılan islahatlar sayəsində Türkiyə dünya ortalamasının üzərində artım nümayiş etdirib.

Türkiyə 2020-ci ildə xidmət göstərilən sərnişin sayına görə, dünyada 7-ci, Avropa ölkələri arasında isə 2-ci yerdədir. Türkiyə hava yolları 2003-cü ildə iki hava limanından 26 istiqamətə daxili uçuşlar həyata keçirirdisə, hazırda 7 hava limanından 128 ölkə üzrə 56 istiqamətə uçuşlar həyata keçirir.