Türkiyə Ermənistana hava məkanından istifadəyə icazə verməyib

Türkiyə Ermənistana hava məkanından istifadəyə icazə verməyib
05 May-16:39

Türkiyə Ermənistanın “FlyOne Armenia” aviaşirkətinə Avropa ölkələrinə uçuş üçün öz hava məkanından istifadəyə icazə verməyib.

“Margin.az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna görə də “FlyOne Armenia” şirkəti İrəvan-Lion və İrəvan-Paris-İrəvan reyslərini iyunun 10-na qədər ləğv edib.

Buna baxmayaraq, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməyə davam edəcək.