Türkiyə hava limanlarında sərnişin axını 67% artıb

Türkiyə hava limanlarında sərnişin axını 67% artıb
10 Aprel-13:18

Türkiyənin hava limanlarında sərnişin axını bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 67,6% artaraq 29 milyon 633 min nəfərə çatıb.

“Margin.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir qeyd edib ki, aviasiya sahəsində vəziyyət normallaşmağa başlayıb.

Məlumata görə, ilin ilk üç ayında İstanbul hava limanlarında daxili uçuşların sayı 155 min 913, beynəlxalq reyslərin sayı isə 105 min 372-yə çatıb. Ötən illə müqayisədə uçuşların sayı 44,1% artıb.