Türkiyə ilə Ukrayna arasında müqavilə imzalanıb

Türkiyə ilə Ukrayna arasında müqavilə imzalanıb
18 Avqust-19:20

Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı Türkiyə ilə Ukrayna arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpası üçün müqavilə imzalanıb.

"Margin.az" "TRT Haber"ə istinadən xəbər verir ki, müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair sazişi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar.

Məlumata görə, razılaşma çərçivəsində iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradacılacaq.