Türkiyə kirayə mənzil qiymətlərinin artmasına görə dünyada liderdir

Türkiyə kirayə mənzil qiymətlərinin artmasına görə dünyada liderdir
17 Yanvar-15:15

Türkiyə ötən il kirayə mənzil qiymətlərinin artmasına görə dünya üzrə lider olub.

"Margin.az" "Aydınlıq" qəzetinə istinadən xəbər verir ki, ötən il Antalyada kirayə mənzilin orta qiyməti 4 dəfə, İstanbulda isə 1,5-2 dəfə artıb.

Məlumata görə, ölkədə kirayə mənzil qiymətlərinin 70% artması inflyasiya ilə bağlıdır. Eyni zamanda, Türkiyədə daşınmaz əmlakın kirayə qiymətləri Rusiya və Ukrayna vətəndaşlarının ölkəyə axınından sonra daha da yüksəlib.