Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
24 Noyabr-15:21

Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası bu gün keçirilib.

"Margin.az" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 10,5%-dən 9%-ə endirilib.

Əlavə edək ki, bank oktyabrın 20-də keçirilmiş iclasında uçot dərəcəsini 12%-dən 10,5%-ə endirib.