Türkiyə Mərkəzi Bankının ehtiyatları 120,1 mlrd. dollara çatıb

Türkiyə Mərkəzi Bankının ehtiyatları 120,1 mlrd. dollara çatıb
16 Sentyabr-18:03

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları ötən həftə 944 mln. dollar artaraq 120 mlrd. 142 mln. dollara yüksəlib.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı (TCMB) məlumat açıqlayıb.

Məlumata görə, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 1 mlrd. 614 mln. dollar artaraq 79 mlrd. 661 mln. dollara çatıb. Sözügedən dövrdə qızıl ehtiyatları 670 mln. dollar azalaraq 40 milyard 481 milyon dollara düşüb.