Türkiyə nə qədər neft idxal edib?

Türkiyə nə qədər neft idxal edib?
06 Oktyabr-19:02

Türkiyənin bu ilin iyul ayında neft və neft məhsulları idxalı ötən ilin eyni ayı ilə müqayisədə 2,6% azalaraq 4 milyon 183 min tona çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında qeyd edilib.

Məlumata görə, Türkiyənin ümumi neft məhsullarının idxalında ən böyük paya malik olan xam neft idxalı 0,4% artaraq 2 milyon 993 min ton olub.

Bu dövrdə dizel növlərinin idxalı 23,2% azalaraq 801 min 215 ton olub. İdxalın qalan hissəsini aviasiya, dəniz yanacağı, benzin və mazut növləri təşkil edib.