Türkiyə Prezidenti İlham Əliyevə təşəkkür edib

Türkiyə Prezidenti İlham Əliyevə təşəkkür edib
03 Avqust-17:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Margin.az" xəbər verir ki, bu barədə  Rəcəb Tayyib Ərdoğan özünün "Twitter" hesabında paylaşıb.

"Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik.

Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm" -deyə o qeyd edib.