Türkiyədə Azərbaycan kapitallı neçə şirkət var?

Türkiyədə Azərbaycan kapitallı neçə şirkət var?
26 Sentyabr-14:18

Türkiyədə bu ilin yanvar-avqust aylarında Azərbaycan kapitalı ilə 214 şirkət qeydiyyata alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur.

"Margin.az" xəbər verir ki bu barədə "TurkicWorld"a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumata görə, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb. Belə ki hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 82,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 42,9 milyon türk lirəsi təşkil edib.

Bildirilib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (176) qeydiyyata alınıb. İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 65,7 milyon türk lirəsi təşkil edib. Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 18 ixracat, 19 kargo, 108 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Əlavə edək ki, ötən il Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 42,9 milyon türk lirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.