Türkiyədə işsizlik səviyyəsi bu ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə 0,5 bal azalaraq 9,7% olub.
"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat açıqlayıb.
Bu dövrdə işsizlərin sayı 3 milyon 424 min nəfər olub. Məlumata görə, 15 yaşdan yuxarı olan işsizlərin sayı 166 min nəfər azalaraq 3 milyon 424 min nəfər olub.