Türkiyədə yanğınlardan sonra qiymət artımı müşahidə edilib

Türkiyədə istehsal sahələrinin meşə ilə yaxın ərazidə yerləşməsi məhsulların qiymətinin bahalaşmasına səbəb olub.
Türkiyədə yanğınlardan sonra qiymət artımı müşahidə edilib
03 Avqust-15:25

Türkiyədəki meşə yanğınları ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki,  bu barədə Türkiyənin Halciler Federasiyasının vitse-prezidenti Sedat Recep Toktürk açıqlama verib.

O bildirib ki, yanğınlar istixanalara mənfi təsir edib, xeyli sayda məhsul məhv olub. Onların bərpası isə müəyyən zaman tələb etdiyi üçün bir müddət bazarlarda qiymət artımı müşahidə olunacaq.

"Xüsusilə, çəyirdəkli meyvələrin qiymətində bahalaşma müşahidə olunur. Bu əslində, gözlənilən idi. Çünki 3-4 ay əvvəl  gözlənilməz soyuqlar səbəbilə məhsulların 30-40%-i məhv olmuşdu. Bununla yanaşı, İtaliya, Fransa və Yunanıstanda da eyni səbəbdən məhsullarda azalma müşahidə olunub" - deyə Toktürk qeyd edib.

Onun sözlərinə görə, məhsulların qiymətində avqust-sentyabr aylarında da bahalaşma davam edəcək.