Türkiyədə zəlzələlərdə ölənlərin sayı 49 mini ötüb

Türkiyədə zəlzələlərdə ölənlərin sayı 49 mini ötüb
16 Mart-14:33

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə məlumat verib.

"İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracağıq. Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz xalqımız bu dəstəyinizi unutmayacaq", - dövlət başçısı bildirib.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 448-ə çatıb.

Bu barədə "Margin.az" "TRThaber"ə istinadən xəbər verir.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 minə çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Hazırda bu rəqəm 47 932 nəfər təşkil edir.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayə 47 mini keçib.

“Margin.az” xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 115 mindən çox insan isə yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfəri keçib.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.

"Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 46 min 104-dür", - o vurğulayıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 089 min nəfərə çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Əlavə edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.