Türkiyənin təkrar gəmi emalında artım qeydə alınıb

Türkiyənin təkrar gəmi emalında artım qeydə alınıb
21 İyul-15:02

Türkiyədə bu il 60 istifadəyə yararsız gəmi yenidən emal edilib.

“Margin.az” "Anadolu Agentliyi"nə  istinadən xəbər verir ki, bu ilin birinci yarısında gəmilərin təkrar emalından sonra əldə edilən parçalar polad xammalı olaraq dəmir və polad fabriklərinə göndərilib.

Məlumata görə, ötən il 855 min ton polad ağırlığı olan 108 gəmi yenidən emal edilərək istifadəyə verilib. Bununla da, ölkə iqtisadiyyatına 450 milyon dollar xeyir verilib.

Ümumilikdə isə təkrar emal olunan gəmi sayında  5% artım qeydə alınıb.