Türkmənistandan Rusiyaya pomidor ixracı artıb

Türkmənistandan Rusiyaya pomidor ixracı artıb
23 Oktyabr-14:26

Türkmənistandan Rusiyaya bu ilin yanvar-avqust aylarında 32 min ton pomidor ixrac edilib. Beləliklə, tədarükün həcmi təxminən iki dəfə - 92% artıb.

“Margin.az” Türkmənistan KİV-nə istinadən xəbər verir ki, “East Fruit” mütəxəssisləri bu il Rusiyaya tərəvəzlərin idxalının azalması fonunda Türkmənistanın pomidor tədarükü artıb.