Türkmənistanın MDB ölkələri ilə qarşılıqlı ticarət həcmi artıb

Türkmənistan və MDB ölkələri arasında bu ilin altı ayı ərzində ticarət dövriyyəsi  206,6 milyon dollara çatıb.
Türkmənistanın MDB ölkələri ilə qarşılıqlı ticarət həcmi artıb
03 Avqust-18:14

Türkmənistan  MDB ölkələri ilə ticarət həcmini əhəmiyyətli dərəcədə artırıb  və bir çox  dünya dövlətləri ilə qarşılıqlı ticarəti fəal şəkildə inkişaf etdirməyə davam edir.

"Margin.az" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, gələcəkdə bu göstəricinin daha çox  artacağı gözlənilir.

Bundan əlavə, Qazaxıstan da Türkmənistan tərəfinin ticarət sahəsində etibarlı tərəfdaşlarından biridir. Belə ki, bu ilin birinci yarısında 2 ölkə arasındakı qarşılıqlı ticarət əlaqələrində  49% artım qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

Türkmənistan Qazaxıstana ən çox pomidor, soğan, tekstil və polietilen məhsulları, sürtkü yağları, neft və qaz məhsulları ixrac edir.

Türkmənistanla Gürcüstan arasında da qarşılıqlı ticarətdə də 2.5 dəfə artım qeydə alınıb. Gürcüstana  122,6 min ton neft məhsulu ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə  72,3 min ton çoxdur.