Ukrayna iqtisadiyyatı 2,1% böyüyüb

Ukrayna iqtisadiyyatı 2,1% böyüyüb
15 Sentyabr-17:35

Ukrayna iqtisadiyyatı bu ilin yanvar-iyul aylarında 2,1% böyüyüb. 

"Margin.az" xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% azalıb.

Bundan əlavə, kənd təsərrüfatı istehsalı cari ilin iyun ayında 16% azalıb.

Bildirilib ki, Ukrayna iqtisadiyyatında artımının yavaşlamasına  karantin rejiminin sərtləşməsi, dünya bazarlarında xarici iqtisadi vəziyyətin pisləşməsi səbəb olub